ATİAHİ Zəngilan rayon komitəsi həmkarlar ittifaqı fəalı olan qadın müəllimlər üçün 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil edib. Tədbirdə ATİAHİ Zəngilan rayon komitəsinin sədri S.Əliyeva, Rayon Təhsil Şöbəsinin müdiri K.İmamaməliyev çıxış edərək xanımları təbrik ediblər. Tədbirlərdə qadınların cəmiyyətimizin inkişafındakı rolundan danışılıb, əldə edilən uğurlardan danışılıb.
Tədbirin sonunda həmkarlar ittifaqı fəalı olan qadınlar rayon komitəsinin fəxri fərmanı və qiymətli hədiyyələrlə təltif olunublar.