Zəngilan təhsil işçilərinin iştirakı ilə Novruz tədbiri keçirilib


ATİAHİ Zəngilan rayon komitəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbiri keçirilib. Rayon təhsil ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Novruz bayramının tarixindən, maraqlı və xalqımız üçün önəmli adət-ənənələrindən söz açılıb. Bildirilib ki, əvvəlki illərdən fərqli olaraq xalqımız son iki ildir bayramı tarixi zəfərimizin xoş əhval-ruhiyyəsi ilə qeyd edir. Vurğulanıb ki, hər növbəti bayramı xalqımız yeni naliyyətlərlə qarşılayır və bu uğurlara görə dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkür ifadə olunub. Sonda tədbir iştirakçılarına bayram sovqatı paylanılıb.
IMG-20220318-WA0011.jpg 112.13 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo